TOP

Çempion komandama!!!

İnsan nəyisə uşaqlıqdan sevər! Ona bağlanar, tam bağlanar! Bu sevgiyə inanar! Güclü futbol azərkeşi deyiləm, etiraf edirəm! Ancaq, məsələ Qalatasaraydısa, bu artıq sadəcə futbol məsələsi deyil mənim üçün! Sevgidir, həyatdır!

Mən 5-yaşlarından Qalatasaraylıyam! Yəni futbolun nə olduğunu anladığım gündən bəri. Təxminən 13 illik bir müddətdə heç vaxt Qalatasaraylı olduğum üçün peşman olmamışam! Fəxr etmişəm! Hər zaman inanmışam komandama. Ancaq bugün hər zamankindən daha çox inanırdım! Çempionluğumuza inanırdım. Necə deyərlər, içimdən gəlirdi! (more…)

Qısa link: http://bit.ly/J4hofD
Davamını oxu...
TOP

Gəncliyimizin qan yaddaşı… 30 aprel

Şəkil internetdən götürülmüşdür

30 aprel 2009 saat 9:30 ADNA-da bir şərəfsiz, günahsız 11 nəfəri öldürdü… Bundan 10 gün sonra bu xalq gül bayramı edərək sevindi. Ancaq 11 ailə qan ağladı… Bugün həmin hadisədən 3 il keçir. Son illərin ən dəhşətli hadisəsindən 3 il keçir. Ancaq gəlin bugünə nəzər salaq. Dünən, evrovijın konserti etdilər, bugün TV-lər evrovijından danışdılar, əyləncə verilişlərini yayımladılar. Ölkənin öndə gedən xəbər agentliyi günün ilk xəbərini evrovijından verdi. Bütün bunlar baş verərərkən, dünyasını dəyişənlərin anaları, ailələri ağladı, göz yaşları içində oldu.

(more…)

Qısa link: http://bit.ly/JJht5U
Davamını oxu...
TOP

Ağ evdə gəzmək şansı :)

Deyir, xodda Google-u Ağ Evə sür! Google-un Street View servisi sayəsində indi Ağ Evin içərisində gəzə bilərik :) . Bir az əvvəl, google map-da özüm üçün fırlanırdım, belə bir məsələ çıxdı qabağıma, girdim Ağ Evə, fırlandım, çıxdım. Dedim, paylaşım, sizdə gəzin… Kimin belə bir arzusu varsa, artıq reallaşdı düşünsün. Dostlarla danışanda filan, rahatca deyə biləcəksiz ki, “Ağ Evin ikinci mərtəbəsində belə şəkil var” filan :D . Unutmayın 2 mərtəbəni gəzmək və kəşf etmək asan deyil.

P.S İndi Ağ Evdəydim, kreslonun üstündə kiminsə çantası qalıb, yaddan çıxıb yəqin :D

(more…)

Qısa link: http://bit.ly/I8tHH8
Davamını oxu...
TOP

Yandex Disk-ə qısa baxış

.Bu yaxınlarda Yandex-in yeni online storage servisi, Yandex Disk -in çıxması haqqında məlumatlar yayıldı. Servis hələ yeni olduğundan, beta versiyada olduğu üçün, servisdən istifadə ancaq dəvətnamə ilədir. Məndə dəvətnamə üçün müraciət etdim. Bugün günorta saatlarında servisdən istifadə edə biləcəyim haqqında mail aldım. Başlıyım servis haqqında danışmağa…

(more…)

Qısa link: http://bit.ly/I8tHHc
Davamını oxu...
TOP

Azərbaycanın ilk Tvitter klienti – twiBuzz

Ümumilikdə Tvitterlə bağlı Azərbaycanda ilk servis aztwi.com olub, ikinci servis isə twiBuzz oldu. Düzü Azərbaycanlılar tərəfindən hazırlanan və istifadəyə verilən hər bir servis, proqram fərəhləndirir məni. Çoxdandır Tvitterdə @MurikDeDeJavu bu haqda yazırdı. Dünən isə, bloqumunun referer-ləri arasında twiBuzz-u gördüm və artıq servisin işlədiyini anladım. Servis haqqında post yazmaq və servisin yaradıcı ilə qısa müsahibə etmək qərarına gəldim.

İlk öncə onu deyim ki, servis həqiqətən faydalı bir servisdir. Android, iOs, qismən Symbian platformalı telefonlar üçün kifayət qədər gözəl klientlər mövcuddur, ancaq bütün Tvitter istifadəçilərinin, bu platformalarda telefonları yoxdur :) . Bu baxımdan, bu servis çox faydalı və funksiya baxımından zəngin servisdir…

(more…)

Qısa link: http://bit.ly/I8tKmi
Davamını oxu...
TOP

Xəyalpərəstin ilk böyük və uğurlu işi, “Sən Mənim Sirrimsən”

Əsəbləşirəm əslində bu “sevgi” sözcüyünə. Hisslərimizin ifadəsi kimi
“sevirəm” deməyimizə. O əlçatmaz hissi, o qəribə duyğunu, bir dəqiqədə yüz hiss keçirməyini bircə “sevirəm” sözcüyünə sığdırıb deyə bilərsənmi? Yazıq deyildirmi o uca hisslərə ki 5 hərfli bir sözə sığdırmağa çalışırıq? Həm də bu günkü dövrümüzdə ucuzlaşmış bir sözə. Hər kəsin dilinə yapışmış olan bir sözə. Axı bu sevənlərə haqsızlıqdır. Çalışın, qəlbinizin səsini eşitməmiş heç kimə “sevirəm” deməyin.. Ürəkdən sevin, dəlicə sevin, sevgini ucuzlaşdırıb öldürməyin. Sevmək üçün də tələsməyin. Hər şey öz vaxtında gələcək… (more…)

Qısa link: http://bit.ly/I8tKmk
Davamını oxu...
TOP

Freedom for Bakhtiyar Hajiyev

image Bakhtiyar Hajiyev. A lot of people may not know him, some know him in real life, the others know him on Internet. There are also some other people that hear wrong information about him on TV and actually believe it. I am from the third group of people, which means I met Bakhtiyar on Internet. This bright young man became a sacrifice for some people’s nasty games. Unfortunately, we live in a country where the freedom of speech and thought is taken away by trying to shush such young people as Bakhtiyar. Bakhtiyar was not a criminal or dangerous. He just loved his country and people, and wanted to see his nation’s future beautiful. Trying  to shush such youth is fear and weakness.

They just don’t understand that it’s impossible to take people’s faith away by putting this kind of youth in jail. They can’t crush people’s thoughts!

Today we live in a country where the freedom of thought is just on a piece of paper! We live in a country where the ones to tell the truth are put in jail! Democracy is only a word in this country. The truth is that we are living in a “demo” version of democracy. I would even say we are living in a test version of what democracy is.

This is the country where millions are spent to such a stupid thing as European integration. This is the country where people barely find something to eat, youth are put in jail and the ones that tell the truth are “removed”. This is Azerbaijan!

Bakhtiyar Hajiyev must be free! Not only him, but also all the prisoners of conscience must be at large. They are the ones that truly love this country!

As Bakhtiyar Hajiyev said, “Don’t regret my imprisonment. The government wants to destroy the youth, to make them lose heart… But we have to show them that we enjoy this!”

I believe and hope that the day Bakhtiyar was talking about in his respond to my letter is not that far away.

“With God’s willing we will talk someday away from the jail. Maybe in Shaki.”

Release Bakhtiyar Hajiyev!

Qısa link: http://bit.ly/I8tHHg
Davamını oxu...
TOP

Bəxtiyar Hacıyevi azad edin

Bəxtiyar Hacıyev – bu şəxs haqqında bəlkə çoxları bilmir, bir çoxları onu realda tanıyır, digərləri isə internet vasitəsi ilə onu tanıyıb və TeleKanalizasiyalardan Bəxtiyar haqqında səhv məlumatlar alıb, inanlar da var… Mən üçüncülərdənəm, Bəxtiyarı internet vasitəsi ilə tanımışam… Bu parlaq gənc, bəzilərinin iyrənc oyununa qurban getdi sadəcə. Bəxtiyar kimi gəncləri susdurmağa çalışaraq, insanların söz azadlığını, fikir azadlığını əlindən alındığı bir ölkədə yaşayırıq təəssüfki… Bəxtiyar cinayətkar deyildi, təhlükəli deyildi, sadəcə öz ölkəsini, millətini sevən, onun gələcəyini gözəl görməyi arzulayan bir gəncdir! Belə gəncləri susdurmağa çalışmaq, qorxaqlıq və acizlikdir!

(more…)

Qısa link: http://bit.ly/I8tHXw
Davamını oxu...
TOP

Bayramda, bayram edə bilməyənlər…

Hə, düz oxuduz… Bayramda bayram edə bilməyənlər! Bizim millətin 40-5- faizinə aid bir frazadır. Əslində bu tip postu, şəhərimdə minlərlə pulun xərclənməsi və elə o qədərinin də “yeyilməsi” nəticəsində, 3-5 günlük işıqların quraşdıldığı vaxtlarda yazacaqdım, ancaq yazmadım. Ancaq, son iki gündə şəhərdə müşahidə etdiklərim postu yazmağa vadar etdi. Başlıyım ilk öncə işıqlardan. Razıyam, lazımdır, şəhəri gözəlləşdirlər. Ancaq ki, millət ac olandan sonra, millət bayramı hiss edə bilmədikdən sonra, lap brilliant düzdür şəhərə, nə mənası?! İndi isə, sizə qarşılaşdığım səhnə haqqında danışım… (more…)

Qısa link: http://bit.ly/I8tHXy
Davamını oxu...
TOP

2011-ci il üçün fərdi hesabatım

Əvvəla qısa şəkildə hamının yeni ilini təbrik edirəm :) Hər kəs üçün uğurlu olsun bu il deyirəm :) . Keçən il üçün də, bloqumda fərdi hesabat yazmışdım, bu ildə ənənəyə sadıq qalaraq hesabatımı yazmaq qərarına gəldim. İlk öncə onu qeyd edim ki, inanclara inanası olsam gərək qəbul edim ki, “yeni ili necə qarşılasan elə keçirəcəksən” məsələsi biraz reallaşdı. Belə ki, keçən il yeni ili dostlarla şəhərdə qarşıladıq və beləcə bu il ərzində evdə çox az oldum :) , təlim, tədbir ora-bura :) . Başlıyım 2011 haqqında yazmağa.. Görə nələr baş verib 2011-də :)(more…)

Qısa link: http://bit.ly/I8tHXA
Davamını oxu...